12 C
Baku
Wednesday, December 11, 2024

“Baku Steel Construction”ın səhmdarları toplaşacaq

Dekabrın 30-da, saat 15:00-da “Baku Steel Construction” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yığıncaq müəssisənin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin nizamnaməsinin yeni redaksiyada və ötənilki maliyyə-təsərüffat fəaliyyətinin nəticələrinin təsdiq edilməsi, balansında olan əsas vəsaitlərin silinməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Baku Steel Construction” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,5 milyon manatdır.

1969-cu ildən fəaliyyətə başlayan “Baku Steel Construction” ASC yarandığı gündən bu yana Qafqaz regionunda fasonlu tökmələr istehsal edən yeganə zavoddur. Əsasən yüksək təzyiq altında işləyən neft, maşın qayırma avadanlıqlarının və sənayenin digər sahələrində istifadə olunan texnoloji mexanizmlərin hissələrinin tökmə istehsalı üzrə ixtisaslaşıb. Şirkət “Baku Steel Company” qrupuna daxildir.

 

Son xəbərlər
Digər xəbərlər