16 C
Baku
Monday, October 14, 2024

“BakuBus” MMC “Azsığorta” ASC-ni qeyri peşəkarlıqda günahlandırdı və məhkəmə iddiasını əsassız saydı

Banker.az 28.02.2023 tarixində xəbər vermişdir ki, “Azsığorta” ASC “BakuBus” MMC-ni məhkəməyə verib. Lakin “BakuBus”dan Banker.az-a məlumat verilib ki, “Azsığorta” ASC tərəfindən 28.02.2023-cü il tarixində qaldırılan iddia tamamilə əsassızdır. Bu məlumatı, “BakuBus” MMC-nin Hüquq Sektorunun müdiri Rüstəm Cəfərov Banker.az-a bildirib.

unnamed
Rüstəm Cəfərov “BakuBus” MMC-nin Hüquq Sektorunun müdiri

Belə ki, 22 iyun 2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Azsığorta” ASC-nin ödədiyi 5860 (beş min səkkiz yüz altmış) manat sığorta ödənişini, subroqasiya qaydasında “BakuBus” MMC-dən tutulmasından ötrü Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.

“BakuBus” MMC Banker.az-a bildirilib ki, qeyd olunan məbləğin 860 (səkkiz yüz altmış) manatını 19.02.2016-cı il tarixində, 5000 (beş min) manatını isə 19.01.2017-ci il tarixində  rəsmi qaydada “BakuBus” MMC-nin bank hesabından  “Azsığorta” ASC-nin bank hesabına köçürülüb.

“Görünür ki, “Azsığorta” ASC-də şöbələr arasında əlaqələr kifayət qədər yaxşı olmadığından və işə qeyri-peşəkar yanaşmaları nəticəsində 2017-ci ildə öhdəliyini tam şəkildə icra edilməsinə baxmayaraq, 2023-cü ildə eyni iş üzrə yenidən məhkəməyə müraciət edilib.

Bununla bağlı “Azsığorta” ASC-yə məlumat verilib. Ümid edirik ki, ən qısa zaman ərzində əsassız iddialarını geri çəkmələri üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edərlər. Əks təqdirdə “BakuBus” MMC-nin işgüzar nüfuzuna xələl gətirdiklərinə görə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir.”- deyərək Rüstəm Cəfərov bildirib.

Son xəbərlər
Digər xəbərlər