“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri dəyişdirilib.
Banker.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2554 nömrəli Sərəncamında dəyişikliklə bağlı sərəncam imzalayıb.
Rəhman Hümbətov “BakuBus” MMC-nin Müşahidə Şurasının sədri təyin edilib. Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir.
Buna qədər bu vəzifədə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Elnur Əliyev idi.
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının yeni tərkibi:
Müşahidə Şurasının sədri
- Rəhman Hümmətov – Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Müşahidə Şurasının üzvləri
- Şahin Babayev – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının Maliyyə şöbəsinin müdiri
- Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktoru.