24 C
Baku
Friday, October 4, 2024

BakuBus sürücülərinin tibbi müayinədən keçirilməsinə 480 min manat xərcləyəcək

“BakuBus” MMC “Referans Klinik Laboratoriya Mərkəzi” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Baku Bus” MMC-nin sürücülərinin səyyar yoxlama yerlərində və MMC-nin inzibati binasında tibbi baxış və alkoqol testlərinin keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 480 min 24 manatdır.

Bildirək ki, Referans Klinik Laboratoriyaları” MMC 2014-cü ildə yaranıb. Bu MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Aqil Mirzəyev Əlövsət oğludur.

Son xəbərlər
Digər xəbərlər