Naxçıvanda müasir ictimai nəqliyyat xidmətinə hazırlıq davam edir.
Banker.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “BakuBus” MMC Naxçıvan şəhərində ictimai nəqliyyat xidmətinin təşkili üzrə hazırlıq işlərini planlı şəkildə davam etdirir.
Məlumata görə, yaxın gələcəkdə Naxçıvan sakinləri rahat, təhlükəsiz və müasir ictimai nəqliyyatdan istifadə edə biləcəklər.






