27 C
Baku
Saturday, July 27, 2024

“BakuBus”a 25 min manatlıq cərimə protokolu yazılıb – işə məhkəmədə baxılır

“BakuBus” MMC cərimələnir.

Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə protokolu tərtib edib, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərib.

İXM-in 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

Dövlət Əmək Müfəttişliyi Xidməti “BakuBus” MMC barəsində inzibati xətanı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində sübut edərsə, o zaman ən aşağısı onu 20 min manatlıq cərimə gözləyir.

Son xəbərlər
Digər xəbərlər