9 C
Baku
Sunday, November 17, 2024

“BakuBus”ın dövlətə 1.5 milyon manat vergi borcu var

“BakuBus” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “BakuBus”ın 1 498 157 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 14 fevral 2022-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Hazırda onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

Son xəbərlər
Digər xəbərlər