20 C
Baku
Friday, October 24, 2025

“BakuBus”ın nizamnamə kapitalı 80 milyon manat artırılıb

BakuBus MMC-ın nizamnamə kapitalı artırılıb.

Banker.az-ın məlumatına görə, BakuBus MMC-ın nizamnamə kapitalı 30 milyon manatdan 110 milyon manata çatdırılıb.

Belə ki, şirkətə əlavə 80 milyon manat maya qoyulub.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 2024-cü ildə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) publik hüquqi şəxsin idarəetməsinə verilib.

Son xəbərlər
Digər xəbərlər