16.2 C
Baku
Friday, May 16, 2025

“BakuBus”ın nizamnamə kapitalı artırılacaq

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC 2019-cu il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditinin həyata keçirilməsi və nizamnamə kapitalının artırılması üçün audit rəyinin verilməsi üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Nexia EA” QSC-dir.

Qalib şirkətə 17 700 manat ödəniləcək.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Hazırda onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər