29 C
Baku
Sunday, June 26, 2022

“BakuBus”un avtobusunda yanğın olub, sərnişinlər təxliyə edilib

Bakıda sərnişin avtobusunda yanğın olub.

Hadisə metronun “Xətai” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, “BakuBus” MMC-yə məxsus 21 nömrəli marşurut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.

Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.

Son xəbərlər
Oxşar xəbərlər