Bal istehsalçısı 3 mln. dollarlıq biznesə başlayır

0

“Apiaz” MMC Azərbaycanda arıçılıq məhsulları bazasında kosmetik vasitələr və bioəlavələrin istehsalını təşkil etməyi planlaşdırır. Bu barədə  hökumətdən məlumat verilib.

“Apiaz” Xaçmaz rayonunda arıçılıq və fitoməsullar bazasında kosmetik vasitələr və bioəlavələrin istehsalının təşkili layihısi üzrə ilkin biznes plan hazırlayıb. Şirkət layihənin dəyərinin 75%-ni ödəyəcək investor cəlb etməyi ümid edir. Qalan məbləğin 25%-ni “Apiaz” özü yatırmağa hazırdır”, – hökumətdən qeyd edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Layihə $3 milyon həcmində qiymətləndirilir.

“Apiaz” layihəni 2 ilə reallaşdırmağı ümid edir. Xərclərin çıxarılması müdəti 5 il müəyyən olunub.

“Apiaz” MMC 2015-ci ildən etibarən 4 növ təbii bal və “Ballı” brendi ilə müxtəlif arıçılıq məhsullarının istehsalı və satışı ilə məşğul olur.

©İnterfaks-Azərbaycan