28 C
Baku
Sunday, July 21, 2024

Balababa Rzayev “Azərenerji”ni yeddiillik ‘zərər tilsimindən’ çıxarır – Hesabat açıqlandı

Azərbaycanda dövlətə məxsus energetika şirkəti “Azərenerji” Açıq Səhmdar Cəiyyəti son 7 ildə ilk dəfə xalis mənfəətə çıxdı.

Banker.az xəbər verir ki, bu barədə energetika nəhəngi özü 2021-ci il üzrə audit hesabatı yayıb.

Hesabatda deyilir ki, onun xalis mənfəəti 2021-ci ildə 145.72 mln. manat olub, bu da 2014-cü ildən bu tərəfə ilk qeydə alınmış xalis mənfəətdir.

Azərbaycanın elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə edən “Azərenerji” 1 mlrd. 320.34 mln. manatlıq gəlir əldə edib. Bu öncəki ildən 18% çoxdur. Gəlirlərinin 1 mlrd. 280.91 mln. manatı enerji satışından, 8.83 mln. elektrik şəbəkisinə qoşulma xidməti və 30.6 mln. manatı digər gəlirlər olub.

Energetika nəhəngi 634.85 mln. manat yanacaq (2020: 509.65 mln.), 220.64 mln. manat amortizasiya (193.81 mln. manat), 75.53 mln. manat işçi xərcləri (71.78 mln. manat), 101.75 təmir və texniki xidmət (110.05 mln. manat), 37.87 mln. manat mənfəət vergisindən başqa vergi xərci ( 38.57 mln.) 6.87 xammal və material (14.17 mln.) və s. olmaqla 130.56 mln. manatlıq əməliyyat mənfəəti edib.

Onun əməliyyat mənfəəti öncəki ildə cəmi 97.2 mln. manat idi.

Əlavə olaraq “Azərenerji” maliyyə xərcləri 24% azalaraq 27.31 mln. manat olub. Xarici valyuta mübadiləsində öncəki ildə (2020) 83.79 mln. manat xərər etdiyi halda, bu 2021-ci ildə 84.42 mln. manatlıq mənfəət olub.

Bununla daxil üzrə xalis mənfəəti 145.72 mln. manat olub. Öncəki ildə bu 207.24 mln. manat zərər idi.

Bu xalis mənfəət onun illərin yığılmış 2 mlrd. 748.47 mln. manatlıq zərərini azaldaraq 2 mlrd. 601.24 mln. manata endirib.

Xalis mənfəət (zərər), illər üzrə:

  • 2014: +19.59 mln. manat
  • 2015: -870.53 mln. manat
  • 2016: -108.93 mln. manat
  • 2017: -603.87 mln. manat
  • 2018: -108.93 mln. manat
  • 2019: -307.33 mln. manat
  • 2020: -207.24 mln. manat

“Azərenerji”nin prezidenti 2018-ci ilin məlum hadisələrindən sonra dəyişdirildi. 2018-ci ilin üçüncü maliyyə rübünə qədər Etibar Pirverdiyev şirkətə rəhbərlik edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə hazırda 65 yaşı olan, sabiq Azərişıqın rəhbəri Balababa Rzayev “Azərenerji”nin rəhbəri təyin edildi.

Şirkət sonuncu dəfə 2014-cü ildə 19.59 mln. manat xalis mənfəəti vardı. Buna qədər 244 mln. manat ətrafında bölüşdürlməmiş mənfəət var idi.

4598435435 12121

Son xəbərlər
Digər xəbərlər