“Balaca Albert” üzərində aparılan psixoloji təcrübələr

Balaca Albert üzərində aparılan təcrübələr ən məşhur psixoloji təcrübələrdən biri idi. Bu təcrübəni psixoloji fakültənin məzunu Rozali Reynor ilə biheviorist Con B. Uotson aparmışdır. Tezliklə rus psixoloqu İvan Pavlov da itlər üzərində şərti reflekslərin yaranmasını yoxlamaq məqsədilə buna bənzər təcrübələr apardı.

Uotson daha sonralar emosional reaksiyaların ilk əvvəldən insanlara məxsus olduğunu sübut etmək məqsədilə Pavlovun təcrübələri ilə yaxından maraqlanırdı.

Təcrübənin iştirakçısı Uotson və Reynor tərəfindən “Albert B” adlandırılan bir uşaq idi. Daha sonralar psixologiyada onu balaca Albert adlandırırdılar. O zaman o təxmini 9 aylıq idi. Uotson və Reynor balaca uşağa ağ siçan, dovşan, meymunlar, maskalar və yanan qəzet göstərərək onun göstərdiyi reaksiyaları qeydə almışlar. Başlanğıcda uşaq predmetlərə qarşı heç bir qorxu hiss etmədi.

Növbəti dəfə isə uşağa ağ siçan göstərdikdə Uotson çəkic ilə metal boruya vuraraq yüksək səs çıxardı. Gözlənildiyi ki, uşaq yüksək səsi eşitdikdə ağlamağa başladı. Bu bir neçə dəfə təkrar olunduqdan sonra balaca Albertə yalnız ağ siçanı da göstərdikdə ağlamağa başlayırdı.

Uotson və Reynorun qeydlərindən:

“Balaca uşağa siçanı göstərdikdə o dərhal ağlamağa başlayırdı. Demək olar ki, o dərhal sol tərəfə dönərək yıxılırdı, daha sonra isə qalxıb elə sürətlə iməkləyirdi ki, stolun kənarında onu güclə saxlamaq olurdu”.

Balaca Albert üzərində aparılan klassik təcrübənin şərti elementləri
Balaca Albertlə aparılan klassik təcrübənin şərti elementləri emosional cavab reaksiyalarının müəyyənləşdirilməsində necə rol oynadığını əyani şəkildə sübut edir.

Balaca Albertlə təcrübələrdə stimulların ümumiləşdirilməsi:

Uotson və Reynor həmçinin stimulların ümumiləşdirilməsinə də nəzarət etmişlər. Təcrübələrdən sonra Albert nəinki ağ siçandan, hətta ona bənzər şeylərdən də qorxmağa başladı. Onun qorxusu daha sonra daha da genişləndi və o xəzli bütün əşyalardan qorxmağa başladı.

 

 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.