17 C
Baku
Friday, May 24, 2024

Balaca iplə bağlanmış fil

«Bir dəfə mən Hindistanda zooparkda gəzərkən olduqca qəribə bir mənzərəni seyr edəsi oldum. Təsəvvür edin olduqca nəhəng ölçülərə malik bir fil, bəlkə də ömrümdə gördüyüm ən nəhəng fil idi. Amma onun yanında heç bir qəfəs və ya azadlığa çıxması üçün digər bir əngəl yox idi. Onu bir yerdə saxlayan isə nazik kəndir idi: ipin bir ucu filin arxa ayağına, digər isə taxta dirəyə bağlanmışdı.

Mən zooparkın işçisindən maraqlandım ki, nəyə görə onlar fili belə bir şəraitdə saxlayırlar: axı belə bir şəraitdə filə azad olmaq çox asandır, yəni kəndiri qurmaq üçün ona heç xüsusi güc sərf etməkdə lazım gəlməz. O, istədiyi an ipi qırıb, ürəyi istədiyi tərəfə gedə bilər.

İşçi mənə dedi ki, bu fil həllə çox balaca olanda bu kəndirlə bağlanıb: “Həmin vaxtlar fil daima müstəqilliyə can atır, azad olmağa çalışırdı. O, həmişə qaçmaq istəyirdi. Amma balaca olduğu üçün gücü çatmırdı, onun qüvvəsi çox az idi, kəndiri qıra bilmirdi.

Getdikcə onun səyləri tükəndi, o hər dəfə daha az cəhd edirdi, o artıq bilirdi, özünü inandırmışdı ki, bu kəndiri qırmağa gücü çatmayacaq və ona görə də cəhd etməyi dayandırdı. O sadəcə bunun mümkünlüyünə daha inanmırdı. Hətta indi də o, belə nəhəng olduqdan sonra, onun körpəlik inancları özünü belə məsum əsirlikdən xilas etməyə əngəl oldu…

Son xəbərlər
 ⁠
Digər xəbərlər