Balakəndə kanat yolu üçün avadanlıqlar alınır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Balakən rayonunda kanat yolunun tikintisi çərçivəsində avadanlıqların alınması və çatdırılması üzrə satınalma həyata keçirib.
Layihənin icrası “Archico” MMC-yə həvalə olunub.
Müqavilənin dəyəri 10 milyon 421 min 760 manat təşkil edir.






