Azərbaycan bankları 2015-ci ilin devalvasiya şoklarından sonra balanslarındakı yığılmış zərərləri yavaş-yavaş bölüşdürülməmiş mənfəətə çevirirlər.
Banker.az-ın tərtib etdiyi renkinqdən görünür ki, artıq 2022-ci ildə “Rabitəbank” ASC və “Turan Bank” ASC yığılmış zərərdən canlarını qutarıb, kapitallarında bölüşdürülməmiş mənfəət kimi göstəriblər. Bununla da 18 bankın balansında bölüşdürülməmiş mənfəət vardır.
Öncə bölüşdürülməmiş mənfəətin nə olduğunu izah edək. Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) digərlərinə nisbətən, çox qısadır və bir növ mənfəət-zərər hesabatının xülasəsidir. Bölüşdürülməmiş mənfəət – şirkətin xalis mənfəətindən şirkətə yenidən yatırılmış (yəni sahibləri arasında bölüşdürülməmiş) vəsaitdir. Bu zərərə çevrildiyi halda isə mənfi ilə balansda qeyd edilir. Yeri gəlmişkən mənfiyə keçdiyi halda səhmdarlar bunu bölüşdürə bilmir, yaxud 20%-lik mənfəət vergisindən azad olurlar.
Azərbaycanda 1 yanvar 2023-cü il tarixinə 8 bankın balansında illərin yığılmış zərəri var.