Audit zamanı zavodun ümumi xərclərinin 363 milyon manatdan çox olduğu, lakin əldə edilən gəlirlərin bu məbləğdən üç dəfə az olduğu müəyyən edilib. Bu vəziyyət tullantıların enerji mənbəyinə çevrilməsi layihələrinin effektiv idarə olunmadığını və iqtisadi baxımdan məqsədəuyğun olmadığını göstərir.

Palatanın hesabatında qeyd edilir ki, tullantıların yandırılması və enerji istehsalının artırılması üçün daha səmərəli idarəetmə mexanizmlərinin tətbiqinə ehtiyac var. Palata aidiyyəti qurumlara bu sahədə islahatların aparılması və alternativ tullantı emalı üsullarının genişləndirilməsi ilə bağlı tövsiyələr verib.