Balaxanı Sənaye Parkının ərazisi genişləndiriləcək

0
Balaxanı Sənaye Parkı

“Balaxanı Sənaye Parkında fəaliyyət göstərən rezidentlərin sayı 15-dən 17-ə çatıb. Həmin rezidentlər üzrə 19 fəaliyyət sahəsi qeydiyyatdan keçirilib”.

Bu barədə “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Etibar Abbasov bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, yeni fəaliyyət göstərən rezidentlər tullantı avtomobil şinlərinin emalından yanacaq istehsalı və işlənmiş yağların istehsalı ilə məşğul olan müəssisələrdir.

E.Abbasov əlavə edib ki, Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün müraciət ediləcək: “Belə ki, parkın ərazisi 7 hektar idi, 1,3 hektar artırıldıqdan sonra 8,3 ha olub. İndi isə daha bir hektar ərazi artırılması istiqamətində işlər aparırıq”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən olan Balaxanı Sənaye Parkının yaradılması qərara alınıb. 9 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfində Balaxanı Sənaye Parkının təməli qoyulub.

© Report