İndiyədək Balaxanı Sənaye Parkına 25 rezident tərəfindən 52 mln. manat həcmində investisiya yatırılıb.
Bu barədə V İqtisadiyyat və İdarəetmə sahəsində tədqiqatçıların beynəlxalq elmi konfransı zamanı “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.
Onun sözlərinə görə, əgər park fəaliyyətə başlayanda (2017-ci il) burada 5 rezident var idisə, hazırda burada rezidentlərin sayı 25-ə çatıb.
Etibar Abbasov onu da qeyd edib ki, parkda tullantıların emalından istehsal edilmiş malların 10%-i ixrac edilir. O əlavə edib ki, tullantıların emal edilməsi sahəsinə maraq artır.
Etibar Abbasovun sözlərinə görə, “Təmiz Şəhər” işğaldan azad edilmiş ərazilərdə də fəaliyyət göstərir və məskunlaşma planına uyğun olaraq işlərini görür.