Dəb konqlomeratı “Kering”ə məxsus olan “Balenciaga” brendinin ABŞ-dakı butikləri kriptovalyuta ödənişlərini qəbul etməyə başlayacaq. Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Nəşrin məlumatına görə, ilk kriptovalyuta ödənişləri brendin Nyu-Yorkdakı Medison-avenyu və Beverli-Hillsdəki Rodeo-drayvdakı mağazalarında olacaq. Eyni zamanda müştərilər şirkətin internet saytında – Balenciaga.com-da kriptovalyuta ilə alış-veriş edə biləcəklər.
Vurğulanır ki, “Balenciaga” yalnız iki kriptovalyuta qəbul edəcək – Bitcoin və Ethereum. Digər kriptovalyutalarla ödəniş etmək imkanı yaxın gələcəkdə yaradılacaq.
Xatırladaq ki, daha əvvəl konqlomeratın digər iki brendi olan “Gucci” və “Tag Heuer” da kriptovalyuta ödənişlərini qəbul etməyə başlayıb.