6 C
Baku
Thursday, February 29, 2024

Bali turistlər üçün 100 il müddətinə kvota tətbiq edəcək

İndoneziyanın Bali kurort adasının qubernatoru Vayan Koster xarici turistlərin axınını məhdudlaşdırmaq üçün 100 il müddətinə kvota tətbiq etməyi planlaşdırdığını açıqlayıb. O, “Balidə 100 illik inkişaf” proqramını açıqlayıb və bildirib ki, adanın rəhbərliyi qalma qaydalarını pozan turistlərlə sərt davranmaq niyyətindədir.

Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

“Biz artıq kütləvi turizm siyasəti aparmayacağıq, yaxın 100 il üçün kvota sistemi tətbiq etməklə turist axınını məhdudlaşdıracağıq”, – Vayan Koster söyləyib.

Koster bildirib ki, kvotaların tətbiqinə səbəb turistlərin davranışıdır. Onun sözlərinə görə, 2023-cü ilin əvvəlindən İndoneziyadan 101 turist deportasiya edilib ki, onların 27 nəfəri rusdur. Ümumilikdə, Balidə 50 minə yaxın rus var, Koster bildirib.

Mart ayında Koster İndoneziya hökumətini ruslar və ukraynalılar üçün viza rejimini sərtləşdirməyə çağırıb. O, bunu bu ölkələrdən gələn turistlərə qarşı şikayətlərlə əsaslandırıb və törətdikləri qanun pozuntularının digər əcnəbi turistlərə nisbətən daha “əhəmiyyətli” olduğunu əsaslandırıb.

Son xəbərlər
Digər xəbərlər