24 C
Baku
Friday, September 27, 2024

“Balıq başdan iylənər”

Çox zirək bir insan kəndin ən hündür ağacına çıxır. Çıxmağına çıxır ama heç cür düşə bilmir və kömək üçün qışqırmağa başlayır. Bütün kəndin camaatı səsə gəlir, ağacın altında toplaşır və necə kömək edəcəklərini düşünürlər.

Kəndin bir ağsaqqalı deyir:

— Ağacı baltalamaq lazımdır!

— Bundan daha müdrik heç nə deyə bilmirdin? — deyə kəndin başqa bir ağsaqqalı gülümsündü. — Bəs ağac aşsa və onu əzsə necə olacaq?!

Hamı susdu.

— Ey, dostum! Gözlərini yum və tullan! — deyə kəndin ən cəsur insanı dilləndi.

— Yox, gəlin hamımız bir-birimizin çiyninə çıxaq və onu ağacdan götürək! – deyə kəndin ən cəsarətli insanı məsləhət gördü.

— Yox, gəlin ən yaxşısı ağacın yanında qəsr tikək! – kəndin ən ehtiyatlı insanı məsləhət gördü.

— Bəs sən qəsri tikənə qədər o ağacda nə ilə qidalanacaq? — kəndin ən hiyləgər insanı soruşdu.

İnsanlar nə edəcəkləri ilə bağlı çox düşündülər, lakin heç bir qərara gələ bilmədilər. Bu zaman kənddə yaşayan ən müdrik insan onlara yaxınlaşır və mübahisələrini dinlədikdən sonra gülümsünərək deyir:

— Mənə uzun bir ip gətirin! — deyir və qollarını çırmalayır.

Daha sonra başını yuxarı qaldırdı və ağacda oturan şəxsə dedi:

— Ey, sən, axmaq! İpi tut! — O bunu deyib uzun ipin bir ucunu ona atdı.

— İndi isə, özünü möhkəmcə bu ipə bağla… Bağladın?

— Bağladım, mənim xilaskarım!

— İndi isə düş aşağı!

Və bu sözlərlə müdrik insan ipi bərk dartdı.

Ağacda oturan şəxs yerə yıxılır və əzilir. Bunu görən insanlar öz müdriklərini danlamağa başlayır:

— Sən adamı öldürdün!

— Onu mən öldürmədim! — deyə müdrik cavab verdi. — Görünür onun taleyi belə imiş!

Mən ki hər gün bu şəkildə quyudan su çıxarıram, amma vedrəmin biri də qırılmayıb.

Son xəbərlər
Digər xəbərlər