Nazirlər Kabineti “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda dəyişiklik edib.
Meliorativ kollektorlarda balıq və digər su bioresursları ovu qaydası dəyişib.
– axçalı balıqların ovu – dayanan nevodlar, karavalar, venterlər və axçalı balıq torları – yanvar ayının 1-dən may ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
– İlanbalığının ovu – venterlər – yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının 1-dən dekabr ayının 31-nə qədər
– Krevetlərin ovu – venterlər – iyul ayının 1-dən noyabr ayının 1-nə qədər.
Xəzərdə venterlərlə xərçəng və krevet ovunun müddəti isə azaldılıb. Əgər bu müddət indiyə qədər mayın 1-dən noyabrın 1-nə kimi olan dövrü əhatə edirdisə, artıq bu dövr iyul ayının 1-dən noyabr ayının 1-nə qədər olacaq.
Bundan əvvəl yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi Kür çayında atılan diktorbalı torlar və üzən çay torları ilə nərə cinsli və qızıl balıqların ovuna icazə verilirdisə, artıq belə icazə olmayacaq.
Digər yenilik Kür çayında venterlər yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının 1-dən dekabr ayının 31-nə qədər ilanbalığının ovuna icazə verilməsidir.
Xəzərdə olduğu kimi Mingəçevir, Araz və Varvara su anbarlarında da ixtisaslaşdırılmış ov alətləri ilə xərçəng ovuna icazə müddəti mayın 1-dən noyabrın 1-nə kimi deyil, artıq iyul ayının 1-dən noyabr ayının 1-nə qədər olacaq.
Növbəti yenilik digər su obyektlərində Göl qurbağasının ovuna icazə ilə bağlıdır. Domaca ilə Göl qurbağasının ovu may ayının 15-dən iyul ayının 30-na qədər və sentyabr ayının 1-dən noyabr ayının 1-nə qədər mümkün olacaq.