2020-ci ildə Azərbaycana idxal olunan balıq və dəniz məhsullarının dəyəri azalıb.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, 2020-də ölkəyə dəyəri 21 145.94 min ABŞ dolları təşkil edən balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu, 2019-cu ilin analoji dövrü ilə müqayisədə 2 644 min dollar və ya 11% azdır.
Hesabat dövründə ölkədən ixrac olunan balıq və dəniz məhsullarının dəyəri cəmi 1 289.26 min dollar təşkil edib ki, bu da illik ifadədə 2 dəfə çoxdur.