27 C
Baku
Sunday, June 4, 2023

Baltik liderləri Baydenə müraciət edib

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Baltik ölkələri ABŞ-ın regionda hərbi mövcudluğunu gücləndirməsi üçün Prezident Co Baydenə müraciət edib.

Bu barədə Litva Prezidenti Gitanas Nauseda “Twitter”də bildirib.

“Latviya Prezidenti Egils Levits, Estoniya Prezidenti Alar Karis ilə birgə biz Co Baydeni ABŞ-ın Baltikyanı ölkələrdə hərbi mövcudluğunu artırmağa və NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirməyə davam etməyə çağırırıq. Madriddə qəbul edilən qərarlar Avropada sülh və bütün transatlantik cəmiyyətin təhlükəsizliyi üçün çox vacibdir”, – Litva Prezidenti vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X