6 C
Baku
Tuesday, January 31, 2023

Baltik qaz kəmərinin açılışı olub

Danimarka ərazisindən keçən Norveç və Polşa arasında çəkilən “Baltic Pipe” qaz kəmərinin təntənəli açılışı olub.

“Baltic Pipe” boru kəmərinin ümumi gücü ildə 10 mlrd. kubmetr təşkil edir.

Məlumata görə, açılışda iştirak edən Polşanın prezidenti Andjey Duda qeyd edib ki, yeni qaz kəməri vasitəsilə qaz təkcə Norveçdən Polşaya deyil, digər ölkələrə də nəql edilə bilər: “Buradan qaz hər yerə, harada təbii qaz lazımdırsa oraya da gedə bilər”.

Polşa hökuməti bəyan edib ki, respublika Rusiya qazını “Baltic Pipe” kəməri ilə nəql olunan qazla əvəz etməyi planlaşdırır. Aprelin 27-də “Qazprom” Polşaya qaz ixracını yeni sxem üzrə rublla tədarükün ödənilməməsi səbəbindən dayandırıb. Polşa əvvəllər “Yamal-Avropa” qaz kəməri ilə Rusiyadan ildə 10 milyarda qədər qaz alırdı.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X