20 C
Baku
Sunday, October 6, 2024

Balto – dövrün qəhrəmanı 

1925-ci ilin əvvəlində əsl bəlaya çevrilmiş və əsasən uşaqları öz cənginə almış difteriya xəstəliyi Nom qəsəbəsind tüğyan edirdi. Bütün əyalət xəstəxanalarının vaksinə ehtiyacı var idi. Teleqraf vasitəsilə bütün yaxın şəhərlərlə əlaqə saxlanılır  və belə aydın olur ki, qəsəbədən 1000 mil uzaqlıqda yerləşən Anchorage şəhərində bir qədər vaksin hələ də var.

Qarlı çovğun təyyarələrin havaya qalxmasına imkan vermirdi. Vaksini qatarla Nenana şəhərinə aparmaq qərara alınır. Buradan irəli isə qatar yolu yox idi. Nenana 1000 kilometrlik buz səhradan ibarət idi. Nom sakinləri belə bir çıxış yolu təklif edir: it arabalarını yəhərləmək və onların gücü və bacarığı sayəsində yolu qət etmək.

Hazırlanmış arabalar şaxtalı külək və qarın görüşünə çıxır. Bir çoxları yarı yolda təslim olur. Bu heç də təəccüblü deyil, çünki qar çovğununda yolu tapmaq mümkünsüz idi. Nenanaya ilk olaraq sürüsündə Balto da olan Gunnar Kassen gəlir. Lakin geri qayıtdıqda Gunnar şaxtadan iflic olur və komandanı idarə edə bilmir.

Beləliklə, Gunnar Kassenin Nom uşaqlarını xilas etməklə bağlı bütün ümidləri tükəndikdə, yolu yadda saxlayan Balto adlı it özü komandanı idarə etməyə başalyır. O sürünü geri, Nom şəhərinə gətirib çıxarır. Sürü şəhərə çatdıqda o qədər halsız idilər ki, hüç hürməyə belə taqətləri yox idi. Əvəzində isə vaksin tam vaxtında şəhərə çatdırılır və kişicik uşaqlar dövrün bəlasından xilas olur.

Son xəbərlər
Digər xəbərlər