27 C
Baku
Wednesday, April 24, 2024

Bank əməkdaşı “Eurostar” qatarında qonşunun söhbətini eşidərək $15 milyardlıq razılaşmadan xəbər tutub

UBS əməkdaşı Eurostar qatarında qonşunun söhbətini eşidərək 15 milyard dollarlıq razılaşmadan xəbər tutdu. İndi onun bankı cəzalandırılacaq

2014-cü ilin iyul ayında Lazard Ltd. şirkətinin əməkdaşı olan Vincent Le Stradic (Vincent Le Stradic), Londondan Parisə səyahət edəndə əməkdaşları ilə qarşıdan gələn müqaviləni müzakirə etmişdir. Müqavilə Xavier Niel milyarderinə məxsus olan T-Mobile provayderin alınmasına aid idi.

Onun qonşusu UBS-nin əməkdaşı Aleksandr Zaluski (Alexandre Zaluski), bu söhbəti eşidərək bütün məlumatları öz rəhbərliyinə ötürmüşdür. Nəticədə, UBS Niel-ya həmin razılaşmanın həyata keçirilməsi üçün kredit götürməyi təklif edib.

Bu, Fransa bazarlarının xoşuna gəlmədi və indi onlar UBS bankını məhvi informasiyanın istifadəsinə görə ittiham edərək cərimə ilə təhdid ediblər.

Qeyd edək ki, Le Stradic Xavier Niel-in ən yaxın məsləhətçisi olmuşdur.

Alexandre Zaluski-yə qarşı 45 min avro, onun rəhbəri olan Xristian Lezier-ə qarşı isə 400 min avro məbləğində cərimə cəzasının tətbiq olunacağı ehtimal olunur. Bankın özü 1 milyon avro cərimə ödəməli olacaq.




Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər