27 C
Baku
Saturday, July 27, 2024

Bank əməkdaşlarının “acı zarafatları”

1 aprel tarixi bütün dünyada qeyri-rəsmi olaraq gülüş günü kimi qeyd edilir. Bu gündə zarafatları cəmiyyətin müxtəlif statusuna məxsus insanlardan gözləmək olar. Bəs maliyyə-kredit təşkilatlarının əməkdaşlarından necə? Belə bir qayda qəbul olunub ki, banklarda ancaq ciddi və darıxdırıcı insanlar işləyir.

Bəs bank sahəsində yumor mövcuddurmu?

Rusiya banklarından birində belə bir hadisə baş vermişdi. Abidələr və tikinti üçün yonulmuş daş çatdırılması ilə məşğul olan bir sahibkar yaranmış mübahisənin həll edilməsi üçün banka müraciət edir. Bank sirri səbəbindən mübahisənin motivi açıqlanmır. Mübahisə ona gətirib çıxarır ki, sahibkardan banka müəyyən komisyonlar ödəməyi tələb edirlər, sahibkar isə əsəbiləşir və imtina edir.

Elə bu zaman bankda ciddi bir səhvə yol verirlər. Bankın qaydalarının nəzərdə tutduğu kimi ona səmimi qəlbdən kömək etmək əvəzinə, bank əməkdaşları ona belə bir cavab verirlər: “Öz iddialarınızı yazın. Biz buna 60 gün ərzində bacarıq. Bu müddətdən sonra onsuzda imtina edəciyik”. Bank əməkdaşları əsas səhvə elə burada yol vermişlər. Sahibkar isə onların dediyi kimi də edir. Onlar bunu gözləməsələr belə…

Yuxarıda deyildiyi kimi sahibkar yonulmuş daş biznesi ilə məşğul olur. Həftənin bazar günü, axşam küçələrdə artıq heç kim qalmayanda iri bir yük maşını bankın qarşısına yaxınlaşır və  iri daş parçasından olan iddianaməni iki kran vasitəsilə bankın düz qarşısına qoyur. Bu daşdan ibarət iddianamənin çəkisi nə az nə çox 12 ton idi. Sahibkarın banka yazmış olduğu iddianamə daş parçasının üzərinə həkk edilmişdi. Bu iddianamə bank əməkdaşlarının banka daxil olmağa imkan vermirdi.

Hadisə yerinə polis cəlb edildikdə burada qanunsuz heç bir şeyin olmadığını bildirirlər və iddianaməni götürməkdən imtina edirlər. Belə olduqda bank əməkdaşları özləri ondan azad olmağa çalışırlar. Lakin gücləri çatmadıqda xüsusi texnika axtarmalı olurlar. Şəhərdə isə yeganə kran məhz iddianamənin sahibi olan sahibkara məxsus idi. Bank işçiləri öz iş yerlərinə pəncərədən daxil olmalı olur. Müştərilər isə bunu etməyə bir o qədər həvəsli olmur. Sonda bank sahibkarın ödəməli olduğu komisyon haqlarını ləğv edir və onlar razılığa gələ bilirlər.

Avstraliya bankı isə səhvən pişiyə kredit kartı vermişdi. Ketrin Kempbel adlı bir qadın kredit kartı almaq üçün banka ərizə ilə müraciət etdikdə “qohumluq” bölməsində “mənim pişiyim” yazır. Bank əməkdaşları isə səhvən kartı pişiyin adına çıxartmışdlar. Qadın isə öz növbəsində baş vermiş hadisəni bütün ictimaiyyətə bildirmək üçün əlindən gələni etmişdi. Bankın pişiyin adına çıxardığı kredit kartında 2500 avro var idi. Daha sonradan kart ləğv edilir.

Son xəbərlər
Digər xəbərlər