7 C
Baku
Sunday, December 15, 2024

Bank əməkdaşı bankın pullarını saxta pullar ilə əvəzləyərək qarət edib

Yekaterinburqun kommersiya banklarından birinin əməkdaşı bankın vəsaitlərini mənimsəməkdə ittiham olunur. İttihamlara əsasən, o bankın real pullarını saxta suvenir pullarla əvəzləyib.

İstintaqın versiyasına görə, 35 yaşlı qadın banklardan birində son yarım il ərzində baş kassir olaraq işlədiyi dövrdə bank hücrəsində yerləşən vəsaitləri suvenir banknotlar ilə əvəzləyərək onları mənimsəyib.

Oğurlanan vəsaitlərin böyük hissəsini əcnəbi valyuta təşkil edir. İstintaqın araşdırmasından sonra bank 100 min avro, 176 min ABŞ dolları və 720 min rublun həmin qadın tərəfindən qarət edildiyini təyin edib.

Vəsaitlərin baş kassir tərəfindən mənimsənilməsini 2015-ci ildə, ittiham olunan şəxs işə gəlmədikdə aşkar etmək mümkün olur. Qadın öz hərəkətinə həbsdə olan həyat yoldaşına maddi yardım etmək istəyi ilə bəraət qazandırmağa çalışıb.

Cinayət törətmiş baş kassir haqqında cinayət işi baxılması üçün Yekaterinburqun Lenin rayon məhkəməsinə göndərilib.

Son xəbərlər
Digər xəbərlər