Rusiya banklarından birinin keçmiş əməkdaşı VIP müştərilər ilə işləyirdi və onların hesabları haqqında kifayət qədər məlumata sahib idi.
Bu qadın həmin hesablardan pul çıxarmaq qərarına gəlir və bu məqsədlə şəxsiyyət vəsiqəsini saxtalaşdırır və maksimum şəkildə xarici görünüşünü dəyişir. O öz niyyətinə qismən nail olur. Belə ki, o kiçik bir detalda səhv edir: banka zəng edərək pul sifariş verərkən öz mobil nömrəsindən zəng edir.
Zavod rayonunun prokuror müavini Viktoriya Kunçeviç bildirib: “Bankın keçmiş qadın əməkdaşı parik taxıb və həddindən artıq çox makiyaj edib. O bununla saxta şəxsiyyət vəsiqəsilə hesabından pul çıxardığı müştəriyə xarici görünüşcə bənzəməyə çalışıb. Sözügedən bank əməkdaşı 2014-cü ilə qədər paytaxt bankında VIP müştərilər ilə işləyib. O onların hesabı və sahib olduğu məbləğlər haqqında məlumatlara sahib idi. 2016-cı ilin may ayında isə o saxta sənədlərdən və xarici görünüşünü dəyişməkdən istifadə edərək müştərilərdən birinin hesabından iri həcmdə məbləğ mənimsəyib. Lakin o banka sifariş üçün öz nömrəsindən zəng etdikdə özünü ələ vermiş oldu”.
Ümumilikdə o 3 min avro, 20 min rus rublu və 121 000 dollar oğurlayıb. Cinayətkar qadının evində axtarış aparılarkən isə yalnız 55 min dollar tapılıb. Hadisə ilə bağlı cinayət işi davam edir.