-3 C
Baku
Sunday, December 15, 2024

Bank əməkdaşının uğuru Malayziyanın nüfuzlu Dövlət İnformasiya agentliyi tərəfindən işıq üzü görüb.

®“Muğanbank” ASC-nin əməkdaşı, “Həyat” filialının müdiri, Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) müəllimi Dr. Emin Aslanovun Malayziyanın Dövlət İnformasiya Agentliyi BERNAMA-da məqaləsi dərc edilib. “Azərbaycanın qiymətli kağızlar bazarının qısa təhlili” sərlövhəsi ilə ingilis dilində qələmə alınmış məqalə 04 iyun 2021-ci il tarixində geniş oxucu kütləsinə təqdim olunub.

 Məqalənin təqdimatında bildirilir ki, sözügedən təhlil malayziyalı investorları və biznes təşkilatlarını Azərbaycanın maliyyə mühiti və onun perspektivləri barədə məlumatlandırmaq məqsədi daşıyır.

Məqalə ilə bu link-a keçid alaraq tanış ola  bilərsiniz.
https://bernama.com/en/world/news.php?id=1968654

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan
” Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 24 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ICBC Bank – Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers Roundtable Mechanism” (BRBR – “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Son xəbərlər
Digər xəbərlər