Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Baş ofisinə (Ünvan: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 73G) Satınalma şöbəsinə təqdim etmələri xahiş olunur.
- Müraciət edən şirkətin rəsmi sənədləri (Dövlət reyestrindən çıxarış, VÖEN və s.)
- Yeməkxana xidmətində ən az 3 il təcrübə
- Əməkdaşlıq edilən şirkətlərin adları (tövsiyyə məktubu arzu ediləndir)
- Yeməkxana xidməti göstərən əməkdaşların şəxsiyyət vəsiqəsi və tibbi sağlamlıq arayışı (ildə bir dəfə yenilənməli)
- Yeməkxana xidməti göstərən əməkdaşların işdə fərdi qəza sığortası
- Yeməkxana xidmətinin göstərilməsinə dair sertifikatlar, lisenziyalar
- İstifadə olunan ərzaq məhsullarının uyğunluq sertifikatları
- Həftəlik menyu
- İsti (əsas yeməklər) və soyuq (salatlar) yeməklərinin adları və çəkisi
- Şirniyyatlar, meyvələr, qazlı və qazsız içkilərin adları, miqdarı (həftədə neçə dəfə veriləcəyinin qeyd edilməsi şərti ilə)
- 1 nəfər üçün yemək xərci (ƏDV daxil və ya xaric göstərilməsi şərti ilə)
- Yeməkxana bölümündə istifadə olunan gigiyenik məhsulların adları
Son müraciət tarixi: 27 Sentyabr 2019