14 C
Baku
Sunday, November 24, 2024

Bank əməkdaşları “hippokrat andı” içəcək

Hollandiya hökuməti əvvəlki səhvləri yenidən təkrarlamamaq üçün bankların müdafiəsində qeyri-adi üsul tapmışlar. Yerli mətbuat orqanlarının verdiyi xəbərə görə, Hollandiya Avropada belə bir qeyri-adi üsul yaratmış ilk ölkə olacaq. Belə ki, hökumət maliyyənin bütün sahələrində nəzarəti əldə etmək üçün maliyyə institutunun  direktorlar şurasının bütün üzvlərinə məcburi and içmə tətbiq edəcək.

Ümumilikdə 2014-cü ilin ikinci yarısında Hollandiya banklarında çalışan təqribən 90 min əməkdaş bu andı içməli olacaq: “Mən and içirəm ki, maliyyə xidmətləri sənayesini qorumaq və burada əminliyi inkişaf etdirmək üçün hər şeyi edəcəm. Allah mənim şahidimdir”.

Öz andına riayət etməyən və xilaf çıxan bank əməkdaşları isə qara siyahıya salınacaq, cərimələr alacaq və digər sanksiyalara məruz qalacaq. Ölkə rəhbərliyinin fikrinə görə, dünya bank əməkdaşlarının  qeyri-etik davranışları məhz 2008-ci ildə qlobal maliyyə böhranının yaranmasına səbəb olmuşdu.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.