13 C
Baku
Sunday, September 29, 2024

Bank əmanətçilərinə kompensasiya ödənişində vəziyyət necədir? – Rəsmi

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 24 min 462 əmanətçiyə 627 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

“Banker.az” Əmanətlərin Sığortalanması Fonduna istinadla bildirir ki, “Atabank”ın 9 772 əmanətçisi 243 milyon 99 min 152, “Amrah Bank”ın 5 797 əmanətçisi 139 milyon 764 min 157 manat, “AGBank”ın 4 682 əmanətçisi 113 milyon 79 min 152 manat, “NBC Bank”ın isə 4 211 əmanətçisi 131 milyon 173 min 768 manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

Son xəbərlər
Digər xəbərlər