01 mart 2014 tarixində Azərbaycanda cəlb olunmuş əmanətlər 6 591.7 mln manat təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ilə müqayisədə qoyulan əmanətlər 141 mln manat və ya 3% artıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 1 175 mln manat və ya 22% artıb.