28 sentyabr 2023-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınmaz əmlak 3-cü dəfə təkrar açıq hərraca çıxarılacaq.
Banker.az xəbər verir ki, Daşınmaz Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 44 ünvanında yerləşən 0,8105 ha torpaq sahəsidir.
Daşınmaz əmlakın ilkin satış qiyməti 2,550,000 (iki milyon beş yüz əlli min) manatdır.