“Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan bankların daşınmaz əmlaklarının satışı üzrə aprelin 1-də hərrac keçiriləcək.
Banker.az həmin əmlakların siyahısını təqdim edir:
“Günay Bank”a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 3a ünvanında dəyəri 800 min manat olan 270,6 kv.metrlik qeyri-yaşayış sahəsi
“NBC Bank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 ünvanında dəyəri 2,3 milyon manat 281,2 kv.metrlik və 500 min manat olan 263 kv.metrlik qeyri-yaşayış sahələri
“Zamin Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 145 ünvanında dəyəri 491 min manat və 190 min manat olan 216,3 kv.metrlik, 326 min manat olan 143,4 kv.metrlik qeyri-yaşayış sahələri
“AtraBank”a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində dəyəri 1,6 milyon manat olan 436,2 kv.metrlik qeyri-yaşayış sahəsi
“Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 389 min manat olan 185,4 kv.metrlik qeyri-yaşayış sahəsi
“Qafqaz İnkişaf Bankı”na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 2 ünvanındakı dəyəri 2,5 milyon manat olan 1 182,9 kv.metrlik qeyri-yaşayış sahəsi
“NBC Bank”a məxsus Şamaxı rayonu, Məlhəm kəndində dəyəri 200 min manat olan 464,2 kv.metrlik fərdi yaşayış evi
“AGBank”a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 106 ünvanındakı dəyəri 255 min manat olan 320 kv.metrlik qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok B, 5-ci mərtəbə, qapı 1 ünvanında yerləşən dəyəri 245 min manat olan 111,5 kv.metrlik qeyri-yaşayış sahəsi
“Bank Standard”a məxsus Zaqatala şəhəri, Dədə Qorqud küçəsi, 9 ünvanındakı dəyəri 412,25 min manat olan 678,5 kv.metrlik qeyri-yaşayış sahəsi