13 C
Baku
Friday, April 19, 2024

Bank əsasında işləyən ilk kriptobirja istifadəyə verilib

Bu gündən etibarən bank tərəfindən təsis edilən VCTRADE adlı dünyanın ilk kriptomübadiləli birjası tam hüquqlu istifadəyə verilib. Platforma bir neçə aylıq gecikmələrdən sonra işə başlamışdır.

Beləliklə, ən böyük maliyyə təşkilatı SBİ Holdings öz VCTRADE adlı kriptovalyuta platformasını rəsmi olaraq işə salıb.

Lakin kripto-ticarət platforması ötən ilin oktyabırında əvvəlki platformada qeydə alınmış məhdud sayda istifadəçilər üçün mövcud idi.

Dünən 17 iyulda SBİ Holdings, xidmətin, Yaponiyada yaşayan 20 ilə 70 yaş arasındaki istifadəçilər üçün tamamilə açıq olduğunu söylədi. Korporativ müştərilər hələki kripto-mübadilədən istifadə edə bilmirlər.

Başlamazdan öncə VCTRADE, Ripple tokeninə, XRP-ə qarşı Yaponiya ilə birgə ticarət edəcəyini bəyan etdi. Bu addım bankların sərhədyanı  ödənişlər etmək məqsədi ilə bu simvollardan istifadə etmək niyyətlərini göstərir.

İyun ayında VCTRADE tədricən Bitcoin və Bitcoin Cash ilə yapon yeninə əsaslanan ticarət cütlərini buraxıb.

2016-cı ilin oktyabırında SBİ Holdings-in ilk kripto-mübadiləni yaratmağı planlaşdırdıqdan təxminən iki il sonra bu günki gün platforma ictimayyətə istifadəyə verilib. Ötən ilin sonunda, 2017-ci ildə SBİ Holdings Yapon maliyyə tənzimləyicisindən-Maliyyə xidmətləri Agentliyindən(FSA) lisenziya alıb.

 

Son xəbərlər
Digər xəbərlər