Banker.azın verdiyi məlumata əsasən, Kapital Bank ilin birinci rübünü uğurla başa vurub.
Beləki, bankın aktivləri 2016-ci ilin 1-ci rübünün sonuna 320 mln. manata yaxın artaraq 2.3 mlrd. manatı keçmişdir. Qeyd edək ki, bu göstərici kommersiya bankları arasında ən yüksək göstəricidir.
Bu dövr ərzində bankın öhdəliklərindədə artım olmuşdur – aktivlərdəki artımda məhz daha çox bankın öhdəliklərinin artımı hesabına olmuşdur. Qeyd olunan dövrdə bankın öhdəlikləri 307 mln. manat artaraq təxminən 2 mlrd. manat təşkil etmişdir.