Rabitə Bank 2015-ci il ərzində 7 filial açmağı planlaşdırır.
Bankın Baş direktoru Ziya Nuriyev-in Banker.az portalına verdiyi məlumata əsasən, 2015-ci il çərçivəsində Bank Qax , Balakən, Zaqatala, Mingəçevirdə filiallar açmaq planlaşdırır.
Baş direktorun sözlərinə görə, “Hal-hazırda Bərdə regionu daha çox diqqətimizdədir. Həmçinin, Abşeron yarımadasında da bir filialın açılması nəzərdə tutulur. Hal-hazırda isə aidiyyatı regionlarda analizlər aparılır”.