16 C
Baku
Wednesday, May 15, 2024

Bank aktivləri 22 mlrd manatı keçib

Ölkədə fəaliyyət göstərən bankların aktivləri 22 milyard manatı keçib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, hazırda bank sektorunda aktivləri 22 009,52 mln manat təşkil edib.

Ötən rüb ilə müqayisədə isə bankların aktivləri 1 624 400 min manat və ya 8% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə aktivlər 1 253 500 min manat və ya 7,6% artmışdı.

Həmçinin nağd vəsaitlər 817,2 mln manat, müxbir hesablar 1 535,6 mln manat, maliyyə sektorunda verilmiş kredit və depozitlər 1 069,1 mln manat, müştərilərə kreditlər 14 922,3 mln manat, investisiyalar 1 942,3 mln manat, digər kreditlər isə 1 723,1 mln manata təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər