1 aprel tarixində Azərbaycanda bank aktivləri 21 418.6 mln manata çatıb. Ötən ay ilə müqayisədə aktivlər 601 mln manat yəni 3% artıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin eyni dövründə isə bu göstəricilər 17311.8 mln manat təşkil edirdi. Bu da o deməkdir ki, 1 il ərzində aktivlər 4 107 mln manat, yəni 24% artıb.