Azərbaycan banklarının cəmi aktivlərinin həcmi 2025-ci ilin üçüncü rübündə kiçilib.
Banker.az bankların rüblük hesabatlarını hesabalayaraq bu nəticəyə gəlir.
Üçüncü rübün sonu 56 milyard 734 milyon manat olan aktivlərin həcmi, rübün sonuna 56 milyard 138 milyon manata düşüb. Bu da son rübdə 1% azalmadır.
Bununla belə, ilin əvvəli ilə müqayisədə aktivlərin həcmi 6% yüksəlib.
Bankın aktivlərində əsas yer tutan kredit portfelinin həcmi üçüncü rübdə isə 3% artaraq 29 mlrd. 275 mln. manata yüksəlib. Kredit portfelinin 15 mlrd. 543 mln. manatı biznes, 9 mlrd. 182 mln. manatı istehlak və 4 mlrd. 548 mln. manatı ipoteka kreditləri təşkil edib.
Hesablamalara gör, sektorun depozit portfelinin həcmi 36 mlrd. 588 mln olmaqla, bunun 14 mlrd. 610 mln. manatdan yuxarı hissəsi (iki bank burada hesablama təqim etməyib) fiziki şəxslərin vəsaitləridir.