15 C
Baku
Saturday, April 20, 2024

Bank of America avtomatik kriptovalyuta mübadiləsi üzrə patent əldə edib

Banker.az xəbər verir ki, Amerikanın maliyyə konqlomeratı Bank of America avtomatik kriptovalyuta mübadiləsi sistemi üzrə müstəsna hüquq əldə edib.

Bu haqda məlumatı isə ABŞ-ın Patentlərin və ticarət nişanlarının qeydiyyatı bürosu yayıb. Nəşr edilmiş sənəd kriptovalyuta mübadiləsi mexanizmini təsvir edir.

Sənəddə deyilir ki, yeni sistem ödəniş qismində kriptovalyutadan istifadə edən şirkətlər üçün mütləqdir.

Məlumatlara görə, sistem üç hissədən ibarət olacaq. Birinci – elektron vəsaitlərin saxlandığı istifadəçinin öz hesabı. İkinci və üçüncü hissələr isə kriptovalyuta mübadiləsi üçün inkasso-hesablardır. Valyuta məzənnələri isə öz növbəsində xarici mənbələrdən yüklənəcək.

Bundan əlavə, sistem qanunsuz müqavilələri izləyəcək olan yeni mexanizmin yaradılmasını nəzərdən keçirir. Sistem hər bir əməliyyat üçün bir risk indeksi təyin edir. O köçürmə üçün məbləğin ölçüsü və digər əlçatan məlumat əsasında təşkil ediləcək. Risk indeksi göstəriciləri maksimum olan tranzaksiyalar qanunsuz elan ediləcəklər.

Son xəbərlər
Digər xəbərlər