“Bank of America Merrill Lynch”: Neftin qiyməti gələn il 100 dollar/barrelə çata bilər

“Bank of America Merrill Lynch” investisiya bankı bəyan edir ki, gələn il dünya bazarında xam neftin 1 barelinin qiyməti 100 ABŞ dollarına çata bilər.

Bankın hesabatına əsasən, əmtəə birjalarında “Brent” markalı “qara qızıl”ın qiyməti bu il orta hesabla 70 dollar/barrel, gələn il isə 75 dollar/barel olacaq.

Bununla belə, “Bank of America Merrill Lynch”ın Əmtəə araşdırmaları müdiri Fransisko Blanç deyib ki, 2019-cu ilin II yarısında “Brent” neftinin 90, hətta 100 dollar/barrelə qədər bahalaşması riski var.

Hesabatda Venesuelanın xam neft hasilatında, İranın isə xam neft ixracında azalma ehtimalı da öz əksini tapıb.