7 C
Baku
Wednesday, November 6, 2024

“Bank Avrasiya” 3-cü rübü mənfəətlə başa vurub

“Bank Avrasiya” ASC 2024-cü ilin 3-cü rübünü 3 milyon 484 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 3 milyon 953 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında “Bank Avrasiya”nın gəlirləri 13 milyon 54 min manat, xərcləri 7 milyon 695 min manat  təşkil edib.

Cari ilin oktyabr ayının 1-nə “Bank Avrasiya”nın cəmi aktivləri 204 milyon 720 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 11% artım deməkdir. Bunun 136 milyon 819 min manat müştərilərə verilmiş kreditlərdir.

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 104 milyon 99 min manatdan 120 milyon 412 min manata, o cümlədən depozit portfeli 48 milyon 484 min manatdan 66 milyon 810 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər