“Bank Avrasiya” direktor vakansiyasına işçi axtarır

Namizədlər üçün irəli sürülən tələblər:

  • Ali iqtisadi və ya biznes təhsili;
  • Azı 3 il risklərin idarə edilməsi sahəsində bank təcrübəsi;
  • Nəzarət edə bilmə qabiliyyəti;
  • Strateji düşünmə və analitik təhlil bacarığı;
  • Yenilikçilik və yeni təşəbbüsləri dəstəkləmək bacarığı;
  • Planlaşdırma, təşkiletmə və nəzarət etmə vərdişləri;
  • Liderlik keyfiyyətləri;
  • Problemi həlletmə bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
  • MS Office proqramlarının bilikləri;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

• Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlayır.
• Bütün növ limitlərə gündəlik nəzarəti təşkil edir.
• Risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təmin edir.
• Risk xəritəsini hazırlayır və onun icrasına monitorinqi həyata keçirir.
• Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işləri həyata keçirir.
• Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir.
• Aidiyyəti struktur bölmələrlə birgə stress-testlər keçirir və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır.

Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin  CV formasını doldurub cv@bankavrasiya.az  ünvanına göndərəsiniz və ya ONLAYN CV doldurasınız.

CV-ni göndərərkən email-ın mövzu hissəsində vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

Son xəbərlər
Digər xəbərlər