4 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

“Bank Avrasiya” iclas çağırdı – Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti uzadılır

“Bank Avrasiya” ASC-nin Müşahidə Şurası Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasını çağırır.

İclasın tarixi 27.01.2022-ci il, saat 10:00 və keçiriləcəyi ünvan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112 B ünvanıdır.

İclasın gündəliyinə Bankın Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddətinin uzadılması barədə və Bankın Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiqi Materiallarla tanış olma qaydası daxildir.

Gündəlik üzrə materiallarla Bankın baş inzibati binasında (Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112 B), iclas tarixinədək iş günləri saat 09:00-dan 18:00-dək tanış ola bilərsiniz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.

Son xəbərlər
Oxşar xəbərlər