12 C
Baku
Saturday, November 23, 2024

“Bank Avrasiya” III rüb ərzində 2 milyona yaxın zərər edib

“Bank Avrasiya” ASC (haqqında) 2018-ci ilin 2-cü rübünə qədər xalis mənfəətini 4,65 mln. manata çatdırmasına rəğmən, 3-cü rübdə xalis mənfəəti 2,68 mln. manata düşməli olub. Azalma səbəbini hesabatda analiz etdikdə məlum olur ki, kommersiya bankı iyul və sentyabr ayları ərzində 1,97 mln. manatlıq zərər edib.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2018-ci ilin ilk 9 ayına olan rüblük hesabatında deyilir.

2018-ci ilin ilk 9 ayını 9,1 mln. manatlıq ümumi faiz gəlir əldə edib ki, bu da ötən ilki faiz gəlirindən azdır. Belə ki, ötən ilin müvafiq dövrü ərzində cəmi faiz gəlirləri yuvarlaq 9,52 mln. manat idi. Hazırki gəlirində cəmi 3,05 mln. manatı 3-cü rübün payına düşüb.

Bankın qeyri- faiz gəlirləri 1 mln. manat, faiz xərcləri 2,07 mln. manat, qeyri-faiz xərcləri 3,39 mln. manat edib ki, bu da bankın 4,65 mln. manatlıq əməliyyat gəlirləri əldə etməsi deməkdir.

Məlumat üçün bir faktı da qeyd edək ki, ötən ilin müvafiq dövründə (2017, III rüb) bank 10,99 mln. manatlıq xalis mənfəət əldə etmişdi.

Xatırladaq ki, “Bank Avrasiya” ASC-nin nizamnamə kapitalı: 50 mln. manatdır. Bankın nizamnamə kapitalında (səhm kapitalı) “Evro Standard” MMC 37.5%, “PMD Qrup” MMC 37.5% və “Azbizneskom” MMC 25% pay sahibidir.

Capture 3

Son xəbərlər
Digər xəbərlər